Messoud Ashina
  • About
  • Danish Headache Center
  • Interview
  • News
  • Video
No Result
View All Result
Contact
  • About
  • Danish Headache Center
  • Interview
  • News
  • Video
No Result
View All Result
Messoud Ashina
No Result
View All Result

Məsud Aşina: “Gələcəyimizi qururuq” (12.09.2019-AZE)

Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyəti (IHS), baş ağrıları olan insanlara peşəkar yardım göstərən mütəxəssislərin toplaşdığı aparıcı beynəlxalq təşkilatdır. Bu cəmiyyətin xeyirxah məqsədi baş ağrılarını öyrənən elm sahələrinin inkişafına dəstək vermək, bu sahədə təhsil və idarəçilik məsələlərində, həmçinin məlumatlandırma istiqamətində işlər görməkdir. Azərbaycanlı tibb elmləri professoru, AzLogos-un ideya müəllifi və promouteri Məsud Aşina, bu gündən etibarın IHS-nin prezidenti kimi fəaliyyətə başlayır. Prof. Aşina Cəmiyyət üzvlərinə müraciət edib. Müraciətin tərcüməsini oxucularımıza təqdim edirik.

Prof. Məsud Aşina: “Azərbaycan cilalanmaya ehtiyacı olan almazdır” (28.12.2018 – AZE )
Share on FacebookShare on Twitter

Gələcəyimizi qururuq

Əziz həmkarlar!

Mənə göstərdiyiniz etimada görə, Sizə təşəkkür edirəm. Mən, Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyətinin prezidenti olmaqdan qürur duyuram.

Əvvəla, Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyətinin məndən əvvəlki prezidenti Lars Edvinssona, onun cəmiyyətimizdəki işinə və baş ağrıları problemlərinin araşdırılmasında göstərdiyi əməyə görə minnətdarlığımı bildirmək istəyirəm.

Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyəti 1980-ci illərdə, baş ağrıları məsələləri ilə bağlı olan  qlobal problemlərin həlli üçün yaradılmış, daim böyüyən və inkişaf edən bir təşkilatdır. Biz də bu uzun yolun yolçularıyıq.

Son iki ildə mən özümdən gənc, həmçinin məndən yaşlı cəmiyyət üzvlərimizdən, Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyətinin gələcək strategiyasını formalaşdırmaq üçün bilgilər almağa çalışmışam, onların fəaliyyətlərindən ruhlanmışam. Sizin də əvəzsiz qatqılarınızla bu gələcəyə baxışı hamıyla bölüşmək istərdim.

Təhsil

Təhsil konstruktiv nəsnədir və bir çox arzuolunan dəyişikliklərə səbəb ola bilər. Beləliklə istənilən tibb təşkilatının ayrılmaz hissəsi olan təhsil, bizim cəmiyyətin Təhsil Komitəsinin də əsas diqqət mərkəzindədir. Mən də bizim çoxdankı bilgilərin paylaşımı və maarifləndirmə strategiyalarının inkişafı ənənəmizi davam etdirməyə çalışıram.

Təhsil təşəbbüsləri imkanlarının genişləndirilməsi üçün, mən gənc üzvlərimizdən xahiş edirəm ki, mənə yüksək keyfiyyətli online-təhsil platformalarının yaradılmasında yardımçı olsunlar. Bu təşəbbüs, baş ağrıları xəstəliklərinin optimal kliniki araşdırılması  və müalicəsi barədə bilgilərdə mövcud olan boşluqların aradan qaldırılmasına xidmət edəcək. Unutmamalıyıq ki, qeyri-ingilis dilli təhsil platformalarının az əlçatan olması, ciddi çətinliklər yaradır. Buna görə də mən istərdim ki, milli baş ağrısı cəmiyyətləri bizə online təhsil platformalarımızı müxtəlif dillərə tərcümə eləməkdə yardım göstərsinlər. Biz dil baryeri məsələsini həll etməliyik. Bu miqyasda birgə əməkdaşlıq baş ağrılarının tədrisi sahəsində məsələlərin həllində həyati vacib yardım göstərəcək.

Tədqiqat

Baş ağrısı xəstəlikləri, ictimai səhiyyənin az tanınmış və maliyyələşdirilmiş problemlərindəndir. Bununla belə aparılan davamlı tədqiqatlar və alınan yeni bilgilər, bu sahədə xeyli irəliləyiş əldə etməyə səbəb olub.

Bir prezident kimi mən, Avropa baş ağrıları federasiyası, Amerika baş ağrıları cəmiyyəti, Avropa nevrologiya akademiyası, Amerika nevrologiya akademiyası və Ağrıların öyrənilməsi üzrə beynəlxalq assosiasiya kimi peşəkar tibbi təşkilatlarla daha çoxtərəfli tədqiqat təşəbbüslərinin gücləndirilməsinə çalışmaq istərdim. Bu profil təşkilatlar arasında məlumat mübadiləsini və əməkdaşlığı xeyli asanlaşdıracaq. Bu əsnada mütəşəkkil elmi görüşlər, gənc novator-alimlərə baş ağrıları problemlərinin öyrənilməsi yönündə elmi nailiyyətlər üçün əvəzsiz imkanlar açacaq.

Biz həmçinin aşağı və orta gəlirli əhalisi olan ölkələrdə baş ağrısı problematikasının öyrənilməsinə daha çox resurs yönləndirməliyik. Hal-hazırda belə ölkələrdə çalışan tibb işçiləri və alimlər üçün yeni tədqiqat imkanları davamlı olaraq əlçatan deyil. Bu problemi aradan qaldırmaq üçün, prossesi ideyadan, xəstəliyin əsas mexanizmlərini anlamaq və yeni müalicə üsullarının işlənməsi mərhələsinə çatdırmağa yardım edəcək regional görüşlər təşkil etmək lazımdır. Sizdən bəziləri artıq bu istiqamətdə yorulmadan çalışır. Mən də sizinlə birgə çalışmaq istəyirəm ki, baş ağrısı xəstəliklərinin öyrənilməsi sahəsi bütün dünyada inkişaf etsin.

Elektron mediya

Elektron KİV-lər bütün dünyanı dəyişib. Biz də onlarla birgə dəyişəcəyik. Mən inanıram ki, Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyətinin tanıdılması üçün daha çox iş görmək olar və bu zəruridir.

Biz, cəmiyyətin və siyasətçilərin maarifləndirilməsi siyasətini həyata keçirmək üçün kliniki və tədqiqat auditoriyalarından kənara da çıxmalıyıq. Burada bizə yenə də gənc üzvlərimizin yeni texnoloji dövrlə ayaqlaşan parlaq yaradıcı təşəbbüsləri gərəkdir. Düşünürəm ki, hamılıqla, biz, baş ağrıları problemlərinin bütün aspektlərini işıqlandıracaq Elektron Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyəti yarada bilərik. Bu davamlı inkişafının əsasını qoyacaq və elmi çevrələrlə cəmiyyət arasında məlumat axınının yaradılmasına səbəb olacaq.

Xəstələrin hüquqlarının müdafiəsi

Son iki il ərizində Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyəti Xəstələrin Müdafiəsi üzrə Beynəlxalq Koalisiya (GPAC) ilə sıx əməkdaşlıq edib. GPAC miqrendən, klaster baş ağrılarından və başqa baş ağrılarından əziyyət çəkən xəstələrin həyatını yaxşılaşdırmaq üçün xəstələrin özləriylə yanaşı, tibb xidmətləri təklif edən təşkilatlarla və peşəkar tibb təşkilatları ilə işləyir. Biz gələcəkdə də GPAC-la əməkdaşlığımızı davam edəcəyik və başağrıları xəstəliklərinin yaratdığı sosial problemləri işıqlandırmaq istiqamətində səylərimizi daha da genişləndirəcəyik. Gələcəkdə mən həmçinin baş ağrılarından əziyyət çəkən xəstələrə tibb xidmətlərinin yaxşılaşdırılması ilə də məşğul olan “Əziyyətin aradan qaldırılması üzrə beynəlxalq kampaniya” (LTB) ilə də əməkdaşlığı davam etdirəcəyəm.

Nəhayət mən düşünürəm ki, ümumi səy və məqsədlərimizlə, innovasiya və fədakarlığımızla, biz Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyəti üçün böyük gələcəyin təmin olunması işini davam etdirəcək və elm, tərəqqinin bizi irəli aparacağı yeni dövrün təməlini birgə qoyacağıq.

Previous Post

Prof. Məsud Aşina: “Çinlə bağlı problem daha dərindir” (14.04.2020-AZE)

Next Post

Diagnosis and management of migraine in ten steps

Next Post
Diagnosis and management of migraine in ten steps

Diagnosis and management of migraine in ten steps

  • About
  • Danish Headache Center
  • Interview
  • News
  • Video

© 2021 Messoud Ashina

No Result
View All Result
  • About
  • Danish Headache Center
  • Interview
  • News
  • Video

© 2021 Messoud Ashina