Messoud Ashina
  • About
  • Danish Headache Center
  • Interview
  • News
  • Video
No Result
View All Result
Contact
  • About
  • Danish Headache Center
  • Interview
  • News
  • Video
No Result
View All Result
Messoud Ashina
No Result
View All Result

Prof. Məsud Aşinanın müraciəti (10.12.2020-AZE)

Vətən müharibəsini geridə qoyduq. 30 ildir həsrətində olduğumuz torpaqlara yenidən qovuşduq. Bunu, bu qələbəni mümkün edən hər kəsə dərin minnətdarlığımı bildirir, qarşılarında baş əyirəm.

Share on FacebookShare on Twitter

Əziz həmvətənlər!

Vətən müharibəsini geridə qoyduq. 30 ildir həsrətində olduğumuz torpaqlara yenidən qovuşduq. Bunu, bu qələbəni mümkün edən hər kəsə dərin minnətdarlığımı bildirir, qarşılarında baş əyirəm. Ön və arxa cəbhədə canı, qanı, zəhməti, gözyaşı ilə bu xoşbəxt günü yaxınlaşdıran hər bir azərbaycanlı qəlbimizdə taxt qurub. Adını qızıl hərflərlə tarixə yazdırıb.

Şəhidlərimiz var. Yaralılarımız var. Şəhidlərimizin ailələrinə, yaralılarımıza, qazilərimizə bundan sonra gözbəbəyimiz kimi baxmaq, bizim hər birimizin ən müqəddəs vəzifəmizdir. Və biz bunu edəcəyik. Ən yüksək səviyyədə edəcəyik.

Bildiyiniz kimi, cənab prezident, ali baş komandan İlham Əliyev YAŞAT fondunun təsis edilməsi ilə bağlı fərman imzalamışdır. YAŞAT fondu, dediyim kimi, şəhid ailələri və qazilərin qayğısına qalmaq üçün təsis edilib. Və mən çox xoşbəxtəm ki,  cənab prezident fondun himayə şurasına, dünya azərbaycanlıları sırasından məni seçərək layiq görüb. Xoşbəxtəm ona görə ki, bu, çox böyük etimaddır. Çox böyük şərəfdir.

Mən, bu etimadı doğrultmağa çalışacam. Əlimdən gələni edəcəm ki, əziz şəhidlərimizin ailələri və qazilərimiz heç bir korluq çəkməsin. Onsuz da onlar üçün nə eləsək də, onlara olan borcumuzu ödəyə bilmərik.

Allah şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbr versin. Allah yaralılarımıza şəfa versin.

Yaşasın Azərbaycan.

Yaşasın Azərbaycanın şanlı əsgəri.

Eşq olsun ali baş komandana.

Qarabağ Azərbaycandır!

Previous Post

In a landmark Series on migraine in the Lancet: Messoud Ashina and colleagues address challenges in migraine care and research ( 26.03.2021- ENG)

Next Post

Prof. Məsud Aşina: “Çinlə bağlı problem daha dərindir” (14.04.2020-AZE)

Next Post
Prof. Məsud Aşina: “Çinlə bağlı problem daha dərindir” (14.04.2020-AZE)

Prof. Məsud Aşina: “Çinlə bağlı problem daha dərindir” (14.04.2020-AZE)

  • About
  • Danish Headache Center
  • Interview
  • News
  • Video

© 2021 Messoud Ashina

No Result
View All Result
  • About
  • Danish Headache Center
  • Interview
  • News
  • Video

© 2021 Messoud Ashina